Vüqar Bayramov “Hədəfimiz 15 milyard dollardır”  

Azərbaycanlı millətvəkilindən Medya.Berlin yazarı Hasan Babayev 'e özəl Türkiyə açıqlaması: “Hədəfimiz 15 milyard dollardır”

Vüqar Bayramov “Hədəfimiz 15 milyard dollardır”   
Azerbaycan -Milllətvəkili Vüqar Bayramov

Bakü-

“Azərbaycanla Türkiyə arasında iqtisadi əlaqələr ölkəmiz müstəqillik əldə etdikdən sonra artan templə inkişaf edib” 

Azərbaycanlı milllətvəkili, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, iqtisadçı ekspert Vüqar Bayramov  Medya.Berlin-ə post müharibə dövründə Türkiyə-Azərbaycan iqtisadi əlaqələrini şərh edib.

O bildirib ki; ölkələr arasında ticarət dövriyyəsinin artırılması əsas hədəf kimi qarşıya qoyulub: “Türkiyə Azərbaycanın ikinci ən böyük icarət tərəfdaşıdır və ticarət dövriyyəmiz 5 milyard dollardır. Post müharibə dövründə bu rəqəmin artırılması nəzərdə tutulub. Qeyd edim ki, 2023-cü ilin sonunda Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 3 dəfə artırılaraq 15 milyard dollara çatdırılacağı əsas hədəf olaraq qarşıya qoyulub”.

Millət vəkili qeyd edib ki, bununla bağlı iki ölkə arasında ticarət rejiminin liberallaşdırılması və Azərbaycandan  Türkiyəyə ixrac edilən 15 mal qrupuna güzəştlərin tətbiq edilməsi həyata keçirilir: “Bu da təbii ki, ölkələr arasında qeyri-neft sektorundakı əməkdaşlığa xüsusi təsir göstərir. Türkiyə eyni zamanda Azərbaycanın qeyri -neft sektorundakı ən böyük tərəfdaşıdır”.

Azərbaycanın 2,7 milyardlıq qeyr-neft ixracatının təxminən üçdə birinin Türkiyənin payına düşdüyünü qeyd edən V.Bayramov bildirib ki, 2022-ci ildə də Türkiyənin payında artımlar müşahidə olunur: “Azərbaycan Türkiyə iqtisadiyyatına ən böyük investisiya qoyan ölkələrdən biridir. Son illərdə Türkiyə iqtisadiyyatına 20 milyard dollarlıq investisiya qoyuluşu həyata keçirilib. Türkiyənin Azərbaycana 15 milyard dollara yaxın  investisiya qoyuluşu var”. 

Müsahibimiz vurğulayıb ki, Türkiyə şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında fəal şəkildə iştirak edir:” Bu şirkətlər Qarabağ və Şərqi Zəngəzura 1 milyard dollara yaxın investisiya qoymaqda maraqlı olduqlarının bildiriblər. Filiz yataqlarının işlənməsi üçün Azərbaycan hökuməti arasında əməkdaşlıq protokolu imzalanıb. Xüsusən nəqliyyat və logistika layihələrinin reallaşmasında Türkiyə şirkətləri kifayət qədər fəaldır”.

V.Bayramov diqqətə çatdırıb ki, ölkələrimiz arasındakı əməkdaşlıq Qarabağ və şərqi Zəngəzurun bərpasında, iqtisadiyyatının formalaşması və reinteqrasiya prosesində də davam edəcək.